Türkiyədə yaşayış məhəllələri su altında qaldı - VİDEO

Türkiyədə yaşayış məhəllələri su altında qaldı -

Türkiyənin Kastamonu vilayətində yağan güclü leysan yağışları daşqınlara səbəb olub.

Bu barədə Haber Global telekanalı məlumat yayıb.

Məlumata görə, vilayətin Cidə rayonunda Devrəkani çayı məcrasından çıxaraq yaşayış məhəllələrini su altında qoyub. Daşqın nəticəsində çoxsaylı binalar, avtomobillər, eləcə də qonşu Bartın vilayətinə gedən magistral avtomobil yolu su altında qalıb.


Hazırda ərazidə aidiyyəti qurumlar daşqının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparırlar.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və ya həyatını itirənlər barədə rəsmi məlumat verilməyib.


Bizim.Media

Mənbə: bizim.media