Almaniyalı idman həkimi dopinqə görə həbs edildi

Almaniyalı idman həkimi dopinqə görə həbs edildi

Almaniyalı idman həkimi Mark Şmidt dopinq ittihamı ilə 4 il 10 ay həbs cəzasına məhkum edilib.

Sonxeber.az "Spiegel" nəşrinə istinadən xəbər verir ki, ona 3 il peşə fəaliyyəti iə məşğul olmaq da qadağan olunub.

Şmidt 2012-ci ildən bəri idmançılara qadağan olunmuş preparatlar verdiyini etiraf edib. O, dopinqin yayılmasından mənfəət əldə etmədiyini bildirib.

2019-cu iin fevralında Avstriyada keçirilmiş xizəksürmə üzrə dünya çempionatında bir neçə idmançı antidopinq qaydalarını pozub və onlar şübhəli bilinərək saxlanılıb.

İstintaq zamanı Mark Şmidtlə əlaqəsi olan qrup ortaya çıxıb.



 

Mənbə: sonxeber.az