Göyçayda qəza: Avtobus divara çırpıldı - FOTO

Göyçayda qəza: Avtobus divara çırpıldı -  FOTO

Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili rayon ərazisində Qızılağac-Kürdşaban kəndləri arasında fəaliyyət göstərən sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtobusun sürücüsü idarəetməni itirərək yol kənarında olan divara çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobusa və minik maşınına ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən ərazidə bu gün işıqforlar işləməyib.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev

Metbuat.az

Mənbə: metbuat.az