Güclü külək fəsadlara səbəb olub - VİDEO

Ötən gün axşam saatlarından Quba rayonunda güclü külək müşahidə olunur. Külək nəticəsində rayon ərazisində yaşayış evlərinə və digər infrastruktur obyektlərinə ziyan dəyib.

Güclü külək ən çox Qubanın Qımılqazma kəndində ciddi fəasadlara səbəb olub. Bu kənddə bir neçə evə ziyan dəyib. Hazırda qarşısında dayandığımız evin dam örtüyü isə tamamilə uçulub.

Ev sahibi İqrar Qəribovun sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Xosbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə yerli qurumların nümayəndələri baxış keçirib. Hazırda dəymiş ziyanla bağlı araşdırma aparılır.

Güclü külək nəticəsində Qubada təkcə yaşayış evləri deyil, eyni zamanda yol kənarındakı reklam lövhələrinə də ciddi ziyan dəyib. Hazırda gördüyünüz reklam lövhəsi tamamilə uçulub və bu da küləyin necə gülcü oldunu sübut edir.

Təbii fəlakət nəticəsində həmçinin dəmir hasarlar da sıradan çıxıb. Hazırda Quba Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən küləyin törətdiyi fəsadlarla bağlı qeydiyyat aparılır.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Göyçayda qəza: Avtobus divara çırpıldı - FOTO

SONRAKI XƏBƏR

Almaniyada peyvəndləmədə "könüllülüyə" istisnalar ola bilər