Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatı və aviasiya bombası ilə zərbələr endirib.
Əvvəlcə Rusiya PUA-sı çoxmərtəbəli yaşayış binasında yerləşən mənzilə ziyan vurub. Nəticədə 53 yaşlı qadın və 52 yaşlı kişi yaralanıb.
Daha sonra Rusiya aviasiya bombasının zərbəsi nəticəsində 67 yaşlı kişi həlak olub, şəhərdəki fərdi yaşayış evi isə dağılıb.
Sonradan dağıntılar altından 22 yaşlı gənc xilas edilib. Bildirilir ki, onun həyatı üçün təhlükə yoxdur.

Mənbə: bizim.media