Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapılıb

Bir müddət əvvəl Belçikada itkin düşən və polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyiti tapılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Mexelen şəhərində yaşayan Vüqar Rza adlı Azərbaycan vətəndaşı ilə bağlı bir həftə öncə yerli polis tərəfindən axtarış elan olunub.

Nəhayət bu gün səhər saatlarında V. Rzanın meyiti tapılıb.

Mexelen Şəhər Polis İdarəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşı ilə bağlı yerli Cinayət Məcəlləsinin ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı istintaq davam edir.

Məlumat üçün qeyd edək ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gəlib.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resm

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

"Çətin ölüm" franşizasının yeni hissəsi çəkilə bilər

SONRAKI XƏBƏR

Ötən ilin ən çox qazanan modelləri