Bakının Buzovna qəsəbəsində yerləşən “İmam Hüseyn” məscidinin axundu Əlizamin Əliyev inzibati qaydada cərimələnib.
Xitab24.az-a istinadən xəbər verilir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi üzrə protokol tərtib edilib.
Protokola əsasən, adıçəkilən axund bir qrup azyaşlı uşaqların məscidin daxilində keçirilən dini ayinlərdə iştirak etməsinə şərait yaradıb. Əlizamin Əliyev isə uşaqların məscidin daxilinə buraxılmasına icazə verilməməsi barədə onun özünə məlumat verilmədiyini qeyd edib.
Məhkəmin qərarına əsasən axundu inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 1500 manat cərimə kəsilib.
Mənbə: publika.az