İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

İran İraqda kürd döyüşçülərinə

İran Silahlı Qüvvələri İraq Kürdüstanı ərazisində yerləşən kürd müxalifət qruplaşmalarının hərbi obyektləri və düşərgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Hücumlardan sonra hadisə yerlərində müvafiq xidmətlərin əməkdaşları fəaliyyətə başlayıblar.

Hazırda dağıntıların miqyası, infrastruktura dəyən zərər, eləcə də ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir.

Rəsmi qurumlar insidentlə bağlı əlavə məlumatların araşdırıldığını bildirirlər.


Mənbə: bizim.media