İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

Yanvarın 15-də İndoneziyanın Qərbi Sulavesi əyalətində baş vermiş 6,2 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 35-ə çatıb, 637 nəfər xəsarət alıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Təbiət hadisəsi azı 100 tikili ciddi zədələnib. Hökumət 15 mindən çox insanı daha təhlükəsiz əraziyə təxliyə edib.

Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Zəlzələ nəticəsində bir sıra dövlət qurumlarının, o cümlədən Qərbi Sulavesi qubernator administrasiyasının və yerli xəstəxananın binalarına da ciddi ziyan dəyib.

Elektrik enerjisi ilə təchizatda nasazlıqlar baş verib, rabitə xətləri zədələnib.

Mənbə: qafqazinfo.az