Zabratda avtomobillər toqquşdu: Qadın yaralandı

Zabratda avtomobillər toqquşdu: Qadın yaralandı

Bakıda daha bir yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrinin birində olan sərnişin 1978-ci il təvəllüdlü Nəzərova Flora Məmməd qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Mənbə: konkret.az