Samuxda istixanada yanğın

Samuxda istixanada yanğın

Samux rayonunun Lək kəndində istixana ərazisində ümumi sahəsi 30 m² olan qazanxananın yanar konstruksiyaları və içərisində bir ədəd qızdırıcı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istixana yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: www.oxu.az