Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü

Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü

Bir neçə gün öncə çayda çimərkən boyun nahiyəsindən xəsarət alan gənc ölüb.

Hadisə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.

O, müalicə olduğu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az