Göyçayda 5 otaqlı ev yanıb - FOTO

Göyçayda 5 otaqlı ev yanıb - FOTO

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Cəlilov Süleyman Xəlil oğluna məxsus fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 130 kvadratmetr olan 4 otaqlı ev və içərisindəki əşyalar tamamilə yanıb. Ailə üzvləri evdə olmadığı üçün hadisə barədə yanğından mühafizə hissəsinə gec məlumat verilib. Hadisə zamanı xəsarət alan olmayıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az