Koronavirus peyvəndi vurduran kişi 5 gün sönra ÖLDÜ

Koronavirus peyvəndi vurduran kişi 5 gün sönra ÖLDÜ

Koronavirus peyvəndi vurduran yaşlı kişi 5 gün sonra ölüb.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçikada "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan koronavirus peyvəndi vurduran 82 yaşlı ahıl dünyasını dəyişib.Avropanın başqa bir ölkəsi olan Norveçdə peyvənd başlayandan bəri isə 23 nəfərin öldüyü deyilir.

Belçika Federal Əczaçılıq və Sağlamlıq Məhsulları Agentliyi (FAMHP), "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan peyvəndi vurduran 82 yaşlı şəxsin 5 gün sonra öldüyünü təsdiqləyib.

Vaksinasiya ilə şəxsin ölümü arasında bir əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar aparılır.

Şəlalə Babayeva



 

Mənbə: sonxeber.az