Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO

Bütün dünya 5 ildir qəfəsdə saxlanılan bu qadından danışır - DƏHŞƏT... + VİDEO

Filipində psixoloji problem yaşayan 29 yaşlı gənc qadının müalicə xərclərini ödəyə bilməyən ailəsi tərəfindən 5 ildir qəfəsə salındığı ortaya çıxıb. Sözügedən ailə, qızlarının təhlükəsizliyi üçün bu yola əl atdıqlarını və paltarlarını yediyi üçün qızlarına çuval geyindirdiklərini söyləyib.

Moderator.az xəbər verir ki, yerli media gənc qadının 2014-cü ildə depressiya diaqnozu qoyulmadan əvvəl bir mağazada çalışdığını, ancaq psixi problem yaşamağa başladıqdan sonra ailəsi tərəfindən dəmir qəfəsə salındığını bildirib.

Ailəsi müalicə xərclərini ödəyə bilmədikləri üçün qızlarının qarabasmalar gördüyünü və ətrafına qarşı təhlükəli hərəkətlər etdiyini dilə gətirib.

Səlahiyyətli orqanlardan kömək istəyən ailə qızlarının görüntüsünü sosial media vasitəsi ilə yayaraq qızlarını bu vəziyyətdən xilas etmək üçün xahiş ediblər.

Mənbə: moderator.az