Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir - Saxlanılanlar var

Almaniyanın Frankfurt şəhərinin aeroportu polisin əməliyyat keçirməsi haqqında bildirib. Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, dəmiryol vağzalının uzaq məsafəli qatarların keçidi və birinci terminalı qismən bağlanıb.

Sərnişinlər aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırılır. Polis əməliyyatın sahibsiz yükün aşkar edilməsi ilə əlaqədar olduğunu bildirib. Yükə baxış keçirilib və onun təhlükəsiz olması aşkarlanıb.

Öz növbəsində yerli mətbuat hadisə ilə bağlı iki nəfərin saxlanıldığını, üçüncü şəxsin axtarışlarının davam etdiyini bildirib.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın ictimai həyatında gənclərin iştirakı

SONRAKI XƏBƏR

Mühərrik həcmi kiçik olan avtomobillərə tələb sürətlə artır (VİDEO)