Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resm

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Rusiyada mədən çökdü:Ölən var

SONRAKI XƏBƏR

Vardan Balyan: “Milli şərəf və gücümüz varsa, Şuşanı yenidən qazanmalıyıq”