Güneyli məhkum edam edildi

Güneyli məhkum edam edildi

Güney Azərbaycanın Şəbistər şəhərindən olan məhbus yanvarın 14-də Qəzvin həbsxanasında asılaraq edam edilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Şəmsəddin Süleymani məhkəmədə ona qarşı irəli sürülən uyuşdurucu maddə satmaq ittihamını qəbul etməmişdi.

“Hrana”nın verdiyi məlumata görə, 2015-ci ildə 85 kiloqram uyuşdurucu maddə daşımaq ittihamı ilə həbs olunan və dəfələrlə yükün ona məxsus olmadığını deyən Şəmsəddin, onun həbsindən sonra mal sahibinin ölkədən qaçdığını bildirib.

Şəmsəddin Süleymani məhkəmədə sürücü olduğunu söyləsə də, uyuşdurucu maddələrin həqiqi sahibi barədə heç vaxt araşdırma aparılmayıb.
Bu saata kimi İran məhkəmə sistemi və əlaqədar qurumlar edam xəbəri haqqında heç bir rəsmi açıqlama verməyiblər. Yanvar ayının 13-də Ərdəbil və Təbriz həbsxanalarında da 3 nəfər asılaraq edam edilib.

Beynəlxalq İnsan Haqları Təşkilatlarının verdiyi məlumatlara əsasən, cəmiyyət nisbətinə görə İran dünyada edam hökmlərinin icrası baxımından birinci yeri tutur.

Aydın Turan

Mənbə: cebhe.info