Qadınlar narkotacirlərə qarşı mübarizəyə başladı

Qadınlar narkotacirlərə qarşı mübarizəyə başladı

Meksikanın Miçoakan ştatında qadınlar narkotik vasitələrin alveri ilə məşğul olan kriminal dəstəni məhv etmək üçün mübarizəyə rəhbərlik edib.

Qadınların əksəriyyəti təsdiq ediblər ki, sözügedən kriminal dəstənin üzvləri tərəfindən onların doğmaları həmin dəstəyə cəlb edilib, oğurlanıb və ya öldürülüb.
Cebhe.info xəbər verir ki, bu barədə "Associated Press"agentliyi yazıb.

Miçoakan ştatı dünyada limon və laym idxalı üzrə tanınan bir məkandır. Bu günlərdə orada narkotiklə məşğul olan kriminal dəstə ələ keçirilib. Sözügedən dəstənin yaxalanmasında qadınlar yaxından iştirak edib.

Qadınların birinin qardaşının, digərinin 14 yaşlı qızının həmin dəstə tərfindən oğurlandığı vurğulanıb. Onlar kriminal dəstənin bütün üzvlərini ələ keçirmək üçün yollarda növbətçilik ediblər və bu işlərini hələ də davam etdirirlər.

"Biz bunu etməsək, heç kim bu işlə məşğul olası deyil. Biz haqq yolundayıq",- deyə qadınlardan biri qeyd edib.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info