Gəncədə əməliyyat: Həbs olunanlar var

Gəncədə əməliyyat: Həbs olunanlar var

Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Bşa Polis İdarəsinin Gəncə Xətt Polis şöbəsinə yanvarın 12-də Gəncə dəmir yolu stansiyasının ərazisində 2 nəfərin Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Cabbarov, Goranboy rayon sakinləri V.Həşimov və K.Qafarov müəyyən edilərək saxlanılıblar.

Mənbə: teleqraf.com