Gürcüstanda son sutka ərzində 780 nəfər koronavirusa yoluxub, 17 pasiyent vəfat edib.
Virtualaz.org bildirir ki, məlumatı Gürcüstan hökumətinin xüsusi saytı yayıb.
Bildirilir ki, bununla ölkə üzrə yoluxanların ümumi sayı 247 805, infeksiyadan ölənlərin sayı isə 2933-ə çatıb.
İndiyədək 232 993 xəstə sağalıb.
Hazırda karantində 472, stasionar nəzarətdə isə 3659 nəfər saxlanılır.