Türkiyədə təhlükəli terrorçu ələ keçdi

Türkiyədə təhlükəli terrorçu ələ keçdi

Türkiyənin cənubunda, Suriya ilə sərhədin yaxınlığında "İnterpol" tərəfindən axtarışda olan İŞİD döyüşçüsü ələ keçib. Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına istinadən, "Anadolu" agentliyi yazıb.

Məlumata görə, terrorçu Suriya tərəfdən Türkiyəyə keçmək istəyərkən Kilis əyalətinin Əlsancaq rayonunda tutulub.
Məlumatda terrorçunun Özbəkistan vətəndaşı olduğu öz təsdiqini tapıb.

Hazırda terrorçunun Kilis şəhər Prokurorluğunda olduğu bildirilib.

Qeyd edək ki. ötən ilin payızında Türkiyədə İŞİD-lə əlaqəsi olan təxminən 20 özbəkistanlı saxlanılıb. Onlar ötən ilin sentyabr ayının 1-də və 2-də Türkiyənin xüsusi xidmət əməkdaşlarının İstambul, Adana, Qaziantep və Hatayda keçirdikləri xüsusi əməliyyatların gedişi zamanı ələ keçiblər.

"Azadlıq"radiostansiyasının verdiyi xəbərdən məlum olub ki, sözügedən terrorçular İŞİD-in Türkiyədəki "əmiri" Mahmud Özdənə kömək etmək üçün ölkəyə gəliblər.
Radiostansiyanın daha bir məlumatına görə, hazırda Türkiyədə müxtəlif İslam təşkilatları rahat şəkildə öz fəaliyyətlərini davam etdirirlər və bu Özbəkistan hakimiyyətindən narazı olan bir çox özbəkistanlı üçün əlverişli sığınacağa çevrilib.

Xatırladaq ki, qeyri-rəsmi mənbələrə görə, Türkiyədə təxminən 3 mindən çox İŞİD üzvünün ailələri ilə birlikdə yaşadığı bildirilir.
Onlardan minimum min nəfər Özbəkistan vətəndaşının olduğu vurğulanıb.

Mənbə: cebhe.info