Yaponiyanın Kyusu adasının Kumamoto prefekturasında baş verən zəlzələnin qurbanlarının sayı 28 nəfərə çatıb.
NHK telekanalına istinadən xəbər verilir ki, bu barədə məlumatı Yaponiya hökumətinin baş katibi Minoru Kihara açıqlayıb.
O həmçinin zəlzələ nəticəsində bir çox evin işıqsız, susuz və qazsız qaldığını, bəzi rayonlarda evlərin dağıldığını, yolların və körpülərin zərər çəkdiyini açıqlayıb.
Yeraltı təkanların fəsadlarının aradan qaldırılmasına Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi də cəlb edilib.
Xatırladaq ki, iyulun 28-də adada 7,1, daha sonra isə 6,1 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanlardan sonra təxminən 30 afterşok olub.









Mənbə: qafqazinfo.az