Bakının Nərimanov rayonunda 20 yaşlı gənc tanışı ilə mübahisə zamanı bıçaqlanıb

Bakının Nərimanov rayonunda 20 yaşlı gənc tanışı ilə mübahisə zamanı bıçaqlanıb

Bakının Nərimanov rayonunda bir nəfər parkda bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

2000-ci il təvəllüdlü İsabalazadə İsabala Rauf oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər ona qarnının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyub. Ona ümumilikdə 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: sia.az