Rusiyada bina yanıb - Ölənlər var

Rusiyada bina yanıb  - Ölənlər var

Rusiyanın Petrozavodsk şəhərində güclü yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə çoxmərtəbəli yaşayış binasında yerləşən evlərin birində qeydə alınıb.

Yanğın söndürüldükdən sonra mənzildən ikisi qadın olmaqla üç nəfərin meyiti aşkar edilib.

Xəsarət alan iki nəfər və üç yaşlı uşaq xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. //Report.az

 

Mənbə: redaktor.az