Ölkə DƏHŞƏT İÇİNDƏ: zəlzələ və daşqın onlarla can aldı

Ölkə DƏHŞƏT İÇİNDƏ: zəlzələ və daşqın onlarla can aldı

İndoneziyanın Qərbi Sulavesi adasında 15 yanvarda meydana gələn 6,2 bal gücündəki zəlzələnin törətdiyi dağıntılar nəticəsində həlak olanların sayı 81 nəfərə çatıb.

Publika.az xəbər verir ki, Milli Fövqəladə Hallar Agentliyi zəlzələnin 200-ə yaxın binaya zərər verdiyini açıqlayıb.

Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam edir.

Ağır yaralı olan 253 nəfərin müalicəsi davam edir. 28 mindən çox insan təxliyə olunub.

Digər tərəfdən, Cənubi Kalimantan əyalətində hökm sürən şiddətli yağışların yol açdığı sel səbəbilə 112 min 709 insan evindən olub. 27 min 111 ev su altında qalıb. 15 nəfərin sel nəticəsində həlak olduğu bildirilir.

Mənbə: publika.az