Lənkəranda 11 otaqlı yaşayış evi yandı – Fotolar

Lənkəranda 11 otaqlı yaşayış evi yandı –

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Viyən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 49 yaşlı İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)







Mənbə: bizim.media