Rusiyada yanğın: 4 nəfər öldü

Rusiyada yanğın: 4 nəfər öldü

Rusiyanın Petrozavodsk şəhərində mənzildə baş vermiş yanğın zamanı, biri uşaq olmaqla, dörd nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

"İstintaqın nəticələrinə görə, yanvarın 17-də Petrozavodskdakı yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada iki qadının və bir kişinin cəsədləri tapılıb. Bundan başqa, iki kişi və üç yaşlı bir uşaq hadisə yerindən təxliyə olunub. Göstərilən yardımlara baxmayaraq, uşaq xəstəxanada ölüb", - qurumun məlumatında belə ​​deyilir.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Mənbə: news.milli.az