Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Araşdırma davam etdirilir.

Mənbə: bizim.media