Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az