Peyvənd çaxnaşması böyüyür: Həftədə 10 ölüm...

 

Koronavirusa qarşı hazırlanmış “mRNA” peyvəndi olmuş insanlar arasında ölüm sayı artır.

Teleqraf.com xəbər verir ki, Almaniyada peyvənddən sonra 10 nəfərin öldüyü açıqlanıb.

Ötən həftə Avropada “mRNA” peyvəndindən 24 nəfərin öldüyü bildirilmişdi.

“Pfizer-BioNTech” peyvəndi vurulan bir çox insanın yaşlı olduğu və vaksindən sonra digər xəstəliklərdən öldükləri deyilir.

“Paul Ehrlich” İnstitutu ölüm səbəblərini araşdırır. Mütəxəssislər birbaşa peyvəndlə bağlı ölüm ehtimalını çox aşağı hesab edirlər.

Almaniyada əvvəlcə qocalar evi, yaşlı qayğı mərkəzlərində qalanlar və səhiyyə işçiləri peyvəndləməyə başlanılıb. Ölüm faktları bu insanlar arasında baş verib. Digər yaş qrupları arasında isə yaxın aylarda vaksinasiya aparılacaq.

Qeyd edək ki, Almaniyada indiyədək bir milyona yaxın insana peyvənd vurulub, onlardan 51-nin ciddi yan təsirləri olub. Peyvənddən sonra ən çox rast gəlinən şikayətlər baş ağrısı, peyvənd yerində infeksiya, yorğunluq və müxtəlif bədən ağrılarıdır.

Vaksinasiya olunanlar peyvənd mərkəzlərindən dərhal buraxılmır, ehtiyat məqsədi ilə 15 dəqiqədən yarım saata qədər saxlanılır.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Cəlilabad sakini 4 kiloqram heroinlə tutulub –DİN

SONRAKI XƏBƏR

Qarabağda yenə erməni cəsədləri aşkarlandı