Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.
“Apa.az”a istinadla xəbər verilir ki, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: bizim.media