Yevlaxın Əkşəm kəndində 12 yaşlı qız yaşadığı evin həyətində oynayarkən xəsarət alıb.
“Teleqraf.az”a istinadla xəbər verilir ki, həyətdə oynayan 2014-cü il təvəllüdlü Z. Məmmədova müvazinətini itirərək yıxılıb və bədəninə armatur batıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı klinikalarda birinə köçürülüb.
Mənbə: bizim.media