Hindistanda vaksin yan təsir göstərdi: 447 nəfər...

Hindistanda COVID-19 vaksinasiya kampaniyasında 447 nəfərdə yan təsirlərə rast gəlinib.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 224 min 301 nəfərə vaksin vurulub. Yan təsirlərin aşkarlandığı 3 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi 24 saat müşahidə altında saxlandıqdan sonra evə buraxılıb. Digərinin müalicəsi davam edir.

Qeyd edək ki, Hindistan hökuməti “Covaxin” adlı vaksini 3-cü mərhələ kliniki sınaqları tamamlanmadan vaksin kampaniyasına daxil edib.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda tibb işçisi vaksin olunduqdan sonra dünyasını dəyişdi

SONRAKI XƏBƏR

Südün tərkibi və bioloji xüsusiyyətləri -MƏQALƏ