Peyvənddən ölüm xəbərləri yayılır: Bir ölkədə 55 nəfər

Peyvənddən ölüm xəbərləri yayılır: Bir ölkədə 55 nəfər

ABŞ-da “Pfizer/BioNTech” və “Moderna” peyvəndi vurulan 55 nəfər vəfat edib.

Cebhe.info xəbər verir ki, bu barədə “The Epoch Time” tibb qurumlarındakı mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, həmin şəxslər peyvənd vurulduqdan bir neçə gün sonra vəfat ediblər. Belə ki, Koloradodakı qocalar evinin 66 yaşlı sakini peyvənddən sonra özünü pis hiss edib və gün ərzində yataqdan qalxmayıb. Səhəri gün isə onu yataqda ölü tapıblar. 14 yanvarda 23 nəfərin ölümü barədə xəbər daxil olub. Onların “Pfizer/BioNTech" peyvəndi vurdurduğu məlum olub. Ölkədə peyvəndləmə kampaniyası 27 dekabrda başlayıb.

Norveçdə də peyvənddən sonra ölüm hallarının olduğuna dair xəbərlər var. Belə ki, qocalar evinin sakinləri ilk mərhələdə peyvənd olunublar. Osloda peyvənd olunan 2 nəfər 5 yanvarda vəfat edib. 8 yanvarda isə peyvənddən sonra daha bir ölüm faktı açıqlanıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Avropada Dərman Preparatlarına Nəzarət Agentliyi (EMA) “Pfizer/BioNTech" peyvəndini təsdiqləyib. Daha sonra isə Avropa məkanında “Moderna" peyvəndinin istifadəsinə rəsmən icazə verilib.

"Pfizer/BioNTech" peyvəndinin kliniki tədqiqatları zamanı 6 iştirakçı ölüb.

Mənbə: cebhe.info