Yuxarı Şirvan suvarma kanalı partladı - Foto

Yuxarı Şirvan suvarma kanalı partladı - Foto

Göyçayda Yuxarı Şirvan suvarma kanalının rayonun Şəhadət kəndi ərazisindən keçən hissəsində (Köhnə çay yatağı) partlayış baş verib.

Yaşayış yerlərində subasma hadisəsi hələ ki qeydə alınmayıb.

Ərazilər tam nəzarət altındadır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Hazırda baş vermiş partlayışın fəsadları aradan qaldırılır.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az