Gəncə sakini sərxoş halda özünə xəsarət yetirib

Gəncə sakini sərxoş halda özünə xəsarət yetirib

Gəncə sakini qolunu kəsib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

38 yaşlı Cəfərov Samir qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Məlumata görə, hadisə zamanı o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az