Ayaqyoluna telefon yerləşdirib şagirdlərinin uyğunsuz görüntülərini çəkdi... RƏZALƏT

Ayaqyoluna telefon yerləşdirib şagirdlərinin  uyğunsuz görüntülərini çəkdi... RƏZALƏT

İngiltərədə Cak Dun adlı müəllim 2019-cu ildə fəaliyyət göstərdiyi orta məktəbdə bir həftə boyunca telefonunu gizli şəkildə qızlar tualetinə yerləşdirərək şagirdlərinin uyğunsuz şəkillərini çəkib. Ümumilikdə 7 video çəkən müəllim bu videoları "Ən sevdiyim videolar" başlığı ilə telefonunda saxlayıb.

Moderator.az xəbər verir ki, baş verən hadisə bir qız uşağının tualet kabinəsi üzərində tapdığı telefonu məktəb rəhbərliyinə verməsindən sonra ortaya çıxıb. Telefonun sözügedən müəllimə aid olduğu ortaya çıxdıqdan sonra əxlaqsız müəllim məktəbdən qovulub.

Ailələr isə uşaqlarının psixologiyasının pozulduğunu və müəllimin görüntüləri cinsi məzmunlu səhifələrə yükləməsindən qorxduqlarını dilə gətirib.

Mənbə: moderator.az