Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində - Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ” markalı avtomobil işıq dirəyinə çırpılıb.

Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az