DTX həbslərindən sonra ilk məhkəmə başlayır

DTX həbslərindən sonra ilk məhkəmə başlayır

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçıları ilə bağlı ilk məhkəmə prosesi start götürür.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, DTX tərəfindən ilk həbs edilən Ağstafa rayon sabiq icra başçıısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov bu gün hakim önünə çıxır.

Onların cinayət işi üzər məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırov sədrlik edir. Hazırlıq iclası bir neçə dəqiqədən sonra başlayacaq.

Onlar hər üçü külli miqdarda rüşvət almaqda ittiham edilirlər.

Murad Əhməd

Mənbə: qafqazinfo.az