Bakıda avtomobiliin vurduğu piyada ölüb

Bakıda avtomobiliin vurduğu piyada ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Araşdırma aparılır.

Mənbə: apa.az