Əslən Gürcütandan olan 20 Yanvar şəhidi Vəfadar Eminov - VİDEO

Əslən Gürcütandan olan 20 Yanvar şəhidi Vəfadar Eminov - VİDEO

Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli qırğında şəhid olan qəhrəmanlarımızdan biri də əslən Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Kirəçmuğanlı kəndindən olan Vəfadar Eminovdur.

Baku TV şəhidin ailəsini ziyarət edərək, onun yaxınları ilə həmsöhbət olub.

Bakıda ali təhsil alan Vəfadar Eminov hüquqşünas olmaq istəyib. Onun bu arzusunu, elə şəhidimizin adını daşıyan qardaşı oğlu kiçik Vəfadar həyata keçirib.

Arzusu nakam qalan 24 yaşlı tələbə şəhidimiz Şəhidlər Xiyabanında dəfn edilib.

Mənbə: www.oxu.az