35 İŞİD-çi həbs olundu - Türkiyədə

35 İŞİD-çi həbs olundu - Türkiyədə

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Qaziantep mərkəz olmaqla, 15 şəhərdə eyni vaxtda operativ addımlar atılaraq əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqəsi olan 35 nəfər saxlanılıb. Hazırda saxlanılanlarla bağlı araşdırmalar aparılır. Daha iki terrorçunun həbsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: news.milli.az