Sankt-Peterburq koronavirusa yoluxma sayına görə Moskvanı ötüb

Sankt-Peterburq koronavirusa yoluxma sayına görə Moskvanı ötüb

Rusiyanın Sankt-Peterburq şəhəri yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayına görə paytaxt Moskvanı ötüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, son sutka ərzində Sankt-Peterburqda 3281 nəfər COVID-19-a yoluxub.

Moskvada isə koronavirusa sutkalıq yoluxma halı 3115 nəfər olub.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 21 734 nəfər koronavirusa yoluxub, 586 nəfər isə bu virusdan ölüb.

Mənbə: apa.az