Çində koronavirusun yeni episentri meydana çıxdı

Çində koronavirusun yeni episentri meydana çıxdı

Çinin şimal-şərqində yerləşən Yilin əyalətində koronavirus pandemiyasının yeni bir episentri ortaya çıxdı.
Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyası məlumat verib. Ölkədə son bir gündə koronavirusa yoluxan 106 nəfərdən 43-ü məhz Yilin əyalətinin payına düşür. 35 nəfər isə pandemiyanın ilk dalğasının ən çox vurduğu Hubey ayələtində qeyd alınıb.
Qeyd edək ki, Çində bu günə qədər 88 min 454 nəfər koronavirusa yoluxub, 4 min 635 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib.

Mənbə: www.yeniavaz.com