Masallıda maşın aşdı - Xəsarət alan var

Masallıda maşın aşdı - Xəsarət alan var

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisində qeydə alınıb.

Belə ki, “Chevrolet Cruze” markalı maşın idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az