Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanıb

Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanıb

İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəmə prosesi keçirilir.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, məhkəmənin keçirildiyi binanın qarşısına keçmiş prezidentin tərəfdarları toplaşaraq dəstək ifadə edirlər. Onlar “Şuşanı təslim edən hakimiyyət Şuşanı azad edən qəhrəmana qarşı”, “1 mart işi kimin sifarişidir” yazılmış plakatlar qaldırıblar. Aksiya iştirakçılarının qarşısında çoxsaylı polis cəmlənib.

Qeyd edək ki, R.Köçəryan 1-2 mart 2008-ci il cinayətlərinə görə ittiham olunur. Həmin hadisələr zamanı 10 nəfər etirazçı öldürülmüşdü. Serj Sərkisyanın hakimiyyəti dövründə sərbəst gəzən R.Köçəryanın barəsində 2018-ci ilin iyulunda cinayət işi qaldırılıb. Onunla birgə Seyran Ohanyan, Yuri Xaçaturov, Armen Gevorkyan da ittiham olunur.

 

 

Mənbə: www.cumhuriyyet.net