Rusiyada ölümlə nəticələnən qar uçqunu qəsdən yaradılıb – ANBAAN VİDEO

Yanvarın 18-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dombay qəsəbəsində qar uçqununun səbəbləri barədə görüntülər yayılıb.

360 TV-nin məlumatına görə, görüntüləri yerli sakinlərdən biri çəkib.

Kadrlarda top atəşinin açıldığı görünür. Bildirilir ki, yerli sakinlər qar uçqununun meşəyə tərəf yön alacağını düşünüblər, ancaq hər şey planlaşdırıldığı kimi baş verməyib və qar kütləsi insanların olduğu ərazini örtüb.

Qeyd edək ki, faciə nəticəsində Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulov həlak olub.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tramp, İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Bəhreyn kralına “Ləyaqət” ordeni verib

SONRAKI XƏBƏR

Bu dəfə tələbələrlə bağlı fikrinə görə tənqid olundu