Odessa sahillərində dron tapıldı - SAKİNLƏR QORXMUR - VİDEO

Odessa sahillərində dron tapıldı -

Odessada təhlükəsizliklə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sakinlər pilotsuz uçuş aparatlarına (PUA) yaxınlaşmaqda davam edirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların təhlükəli vəziyyətə baxmayaraq dronların olduğu əraziyə yaxınlaşdığı əks olunub.

Mütəxəssislər və hüquq-mühafizə orqanları partlamamış və ya zədələnmiş PUA-ların ciddi təhlükə yaratdığını bildirərək, vətəndaşları onlardan uzaq durmağa və belə hallarda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırlar.



Bizim.Media

Mənbə: bizim.media