Elmə məlum olmayan yırtıcılar tapıldı

Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.

ONN media xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini “Queensland” Muzeyinin alimləri tapıb.

Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.

Araşdırmanın məqaləsi “Science Media Exchange”də yayımlanıb.

Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb.

Onn.az

ƏVVƏLKİ XƏBƏR

Tesla sürücülərini gözləyən gizli təhlükə - 5 ilə sıradan çıxa bilər

SONRAKI XƏBƏR

“HTC” şirkəti “5G” şəbəkələrində işləyən yeni smartfonunu təqdim edib